"Kəpəz" yeni avtobus aldı — FOTOLAR

İDMAN 01 mar 2024, 11:56
"Kəpəz" PFK üçün alınan avtobus kluba təhvil verilib. 

Demokrat.az
xəbər verir ki, avtobus əsas komandanın istifadəsində olacaq. 

Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış "Daewoo" şirkətinin istehsalıdır. 

Avtobus klubumuzun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub. 

Avtobus “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb.

"Kəpəz" PFK üçün əldə olunan nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top