"Bu dünyada mənim kimi sevən varmı?"

ŞOU-BİZNES 29 fev 2024, 22:21

Müğənni Elçin Cəfərovun yayımladığı video sosial şəbəkədə gündəm olub. 

Axşam.az xəbər verir ki, sənətçinin "Ölümünə sevənlər" adlı mahnısını bulvarda ifa edib yayımladığı video marağa səbəb olub.

Elçin "Sənin kimi bu dünyanı de, möhtəşəm edən varmı? Xəyalıma sənin qədər gələn varmı, gedən varmı? Bu dünyada mənim kimi bircə nəfər sevən varmı? Nəfəsinin alovunu mənim qədər bilən varmı?" sözlərinin yer aldığı videoya "Həyatınızı möhtəşəm edən biri varmı" sözlərini yazıb. 

Video bir gecədə 35 mindən çox izlənilib və yüzlərlə hekayədə paylaşılıb. 

Qeyd edək ki, Elçinin bir müddət əvvəl həyat yoldaşı Aydanla rəsmi boşanma xəbəri yayılıb. Xəbərdən sonra sənətçi sevgi ilə bağlı palaşımları ilə diqqət çəkib. Aydan Xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Cütlüyün Can adlı oğul övladı var. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top