Hərbçilərimiz “Akıncı” PUA-larını havaya qaldırdı — VİDEO

HƏRBİ 29 fev 2024, 12:59
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) hava kəşfiyyatı aparıb.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyndən məlumat verilib.

Bildirilib ki, cari ilin hazırlıq planına əsasən, HHQ-nin PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Məlumata görə, əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqları yerinə yetiririlib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top