Yəməndə husilərə məxsus PUA-lar məhv edildi

DÜNYA 28 fev 2024, 20:30
ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.

Demokrat.az
xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. 

Açıqlamada, Husilərin nəzarətində olan bölgələrdən havaya qalxan 5 PUA-nın bölgədəki ticarət gəmiləri və ABŞ donanması üçün təhlükə yaratdığı bildirilib. 

Həmçinin, sözügedən PUA-ların Qırmızı dənizdə ABŞ təyyarələri və koalisiya gəmiləri tərəfindən məhv edildiyi qeyd edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top