ABŞ-nin Suriyadakı bazasına raket hücumu edildi

DÜNYA 28 fevral 2024, 18:28
Suriyanın Həsəkə vilayətində ABŞ qüvvələrinin yerləşdirildiyi bazaya raket hücumu edilib.

Demokrat.az
xəbər verir ki, hücum İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirilib. 

Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil. 

ABŞ rəsmiləri hələlik hücumla bağlı açıqlama verməyib. 

Qeyd edək ki, ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze PUA-ları ilə hədəfə alınır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 22:33
22 sentyabr 2025, 21:22
Top