Məşhur aktrisa Linda Qravatt dünyasını dəyişdi

DÜNYA 27 fev 2024, 21:30
Bir çox teatr tamaşalarında, eləcə də seriallarda rol alan aktrisa Linda Qravatt vəfat edib

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Milli Teatrı məlumat yayıb.

Bildirilib ki, Nyu-Cersidə yaşayan 77 yaşlı aktrisa bu gün qəfildən vəfat edib.

Qeyd edək ki, “Lax & Order”, “30 Room”, “Person of Interest”, “Madam Secretary”, “The Good Wife” və “The Hoop Life” teleserialları ilə tanınan aktrisa 24 may 1946-cı ildə Harlemdə anadan olub. 

Howard Universitetini bitirdikdən sonra Qravatt Vaşinqtonda Arena səhnəsində çıxış edib. Eyni zamanda müxtəlif məktəblərdə teatr təhsili alıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top