BQXK Azərbaycandakı fəaliyyətinə dair məlumat YAYDI

DAXİLİ SİYASƏT 26 fev 2024, 12:06
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi keçən il 80 başçəkmə (19 saxlanma məntəqəsində) keçirib.

Bu barədə Demokrat.az-a BQXK-dan məlumat verilib.

Qeyd olunub ki, başçəkmə məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün reallaşıb.

Bildirilib ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə onların ailə üzvləri arasında 1 600, Ermənistanda saxlanılan Azərbaycan vətəndaşları ilə onların ailə üzvləri arasında isə 40 şifahi, yazılı və video mesajlar ötürülüb, və telefon zəngləri baş tutub: "6 000-dən çox saxlanılan şəxs yay və qış paltarları, alt paltarları, ayaqqabılar, gigiyenik bağlamalar, kitablar, idman ləvazimatları və s. daxil olmaqla fərqli malların ianəsindən faydalanıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top