"Qarabağ"ın rəqibi məlum oldu — VİDEO (YENİLƏNİR)

İDMAN 23 fevral 2024, 15:20
"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

Demokrat.az xəbər verir ki, ölkə çempionu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.

Avropa Liqası, 1/8 final

"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer 04" (Almaniya)


***
15:01


Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.


Demokrat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq.

Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).

Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək.

Səpələnmişlər: "Atalanta" (İtaliya), "Brayton" (İngiltərə), "Bayer 04" (Almaniya), "Liverpul" (İngiltərə), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya), "Vilyarreal" (İspaniya), "Vest Hem" (İngiltərə).

Səpələnməmişlər: "Milan" (İtaliya), "Benfika" (Portuqaliya), "Frayburq" (Almaniya), "Marsel" (Fransa), "Qarabağ" (Azərbaycan), "Roma" (İtaliya), "Sparta" (Çexiya), "Sportinq" (Portuqaliya).

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 14:16
Top