Fermerlər traktorlarla paytaxtda yolları bağladılar

DÜNYA 21 fev 2024, 23:15
İspaniyada etirazlar çərçivəsində minlərlə fermer paytaxt Madriddə toplaşaraq traktorları ilə yolları bağlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, şəhər mərkəzinə 5 əsas yoldan daxil olmaq istəyən fermerlərə Qubernatorluğun qərarı ilə bir çox nöqtədə jandarma və polis müdaxilə edib. 

Təxminən 600 traktordan yalnız 50-nin şəhər mərkəzinə girməsinə icazə verildiyi halda, traktorları ilə şəhərdən kənarda qalan fermerlər şəhər yollarını bağlayıblar. 

Fermerlərlə təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb. 

Etiraz aksiyaları hələ də davam etdirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top