"Komando"nun hərbçiləri şərti düşməni məhv ediblər — FOTOLAR

HƏRBİ 20 fev 2024, 10:46
Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində keçirilən "Komando başlanğıc kursu" davam edir.

Müdafiə Nazirliyindən Demokrat.az-a bildirilib ki, məşğələlər zamanı hərbi qulluqçular öyrəndikləri nəzəri biliklərini təlim sahəsində praktiki tapşırıqları icra etməklə möhkəmləndirirlər.

Plana əsasən, kurs iştirakçıları şərti düşmən hədəflərinin aşkar olunaraq atıcı silahlardan dəqiq atəşlə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən "Komando başlanğıc kursu"nda məşğələlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top