Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 16 fev 2024, 20:02
Bakının Binəqədi rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Qədir Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, qətl hadisəsi Binəqədi rayonu yeni yaşayış massivində yerləşən evlərdən birində qeydə alınıb.

Orada yaşayan, 37 yaşlı Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 42 yaşlı Qasımov Qədir Tahir oğlu saxlanılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top