Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçirəcək. Qurumun məlumatına görə, fevralın 19-dan 29-dək davam edəcək monitorinqlər zamanı 146 yaşayış məntəqəsində (47 rayon və şəhər) 50 başdan çox südlük iribuynuzlu heyvanın saxlanıldığı 211 fərdi və fermer təsərrüfatlarında 1 yaşdan yuxarı ümumilikdə 2750 baş dişi heyvandan diaqnostik qan nümunələri götürüləcək.
Nümunələr bruselyoz xəstəliyi üzrə epizootoloji şəraitin öyrənilməsi, həmçinin dabaq və nodulyar dermatitə görə peyvənd olunduqdan sonra immun fonun təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunacaq.
İnsanlarda da yarana bilən bruselyoz xəstəliyinə yoluxmanın yeganə mənbəyi xəstə heyvanlardır. Əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir.
Həkim-infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, AQTA-nın xəstəliyə qarşı monitorinqlər keçirməsi vacibdir:

“Bruselyoz xəstəliyi endemik xəstəlik hesab olunur və heyvanlarda çox yayılır. Azərbaycanda Şamaxı rayonu endemik zona sayılır və orada bu xəstəlik çox yayılıb. İnsanlarda bruselyozun əsas əlamətləri qızdırma, tərləmə və oynaq ağrılarıdır. Xəstəlik xroniki hal alanda uzunmüddətli oynaq ağrıları xəstələri narahat edir. Diz oynaqlarında şişkinlik olur, bəzi hallarda xəstələr yeriyə bilmirlər. Artrid, artroz yaranır, oynaqlarda ağrı o qədər güclü olur ki, xəstə ayaqlarını tərpədə bilmir. Bel nahiyyəsində, bəzən çiyin və qollarda da ağrılar yaranır”.
Törə Zeynallı
Demokrat.az