Hizbullah İsrailin şimalına hücum etdi

DÜNYA 13 fev 2024, 20:58
Hizbullah hərəkatı Livanın cənubundan İsraildəki hərbi məntəqəyə hücum edib.

Demokrat.az
xəbər verir ki, bu barədə İsrail fövqəladə yardım xidməti açıqlama yayıb.

Açıqlamaya görə, ölkənin Kiryat Şmona şəhərinə edilən raket hücumu nəticəsində 2 israilli yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, Hizbullah Hərəkatı da həyata keçirdiyi hücumlarla bağlı iki ayrı bəyanat yayıb. 

Bəyanatda, Kiryat Şmona şəhərindəki polis idarəsi və Hunin qalası yaxınlığının “uyğun silahlarla” hədəf alındığı və hücumların uğurlu olduğu açıqlanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top