Ərdoğan Misirə səfər edəcək

REGİON 12 fev 2024, 13:38
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşür.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan 12-13 fevral 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə gedəcək. 

İki günlük səfərdən sonra 14 fevral 2024-cü il tarixində isə Misir Ərəb Respublikasına rəsmi səfər edəcək. 

Prezident Ərdoğan həmçinin, fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökumətləri Zirvə toplantısına fəxri qonaq qismində qatılacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top