İranda çoxlu sayda məhbus əfv olundu

REGİON 07 fev 2024, 19:55
İranda 3 minə yaxın məhbusun cəzasının azaldılmasını nəzərdə tutan təklif təsdiqlənib.

Demokrat.az
xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkə lideri Əli Xamneyinin qərarı ilə 2 min 880 məhbusun cəzasına tənzimləmələr edilib. 

İran inqilabının 45-ci ildönümü münasibətilə qəbul edilən qərara əsasən, 1831 nəfərin cəzası azaldılacaq, 996 nəfər isə amnistiya çərçivəsində azadlığa buraxılacaq. 

Qeyd edək ki, edama məhkum edilən 53 nəfərin cəzası isə həbslə əvəz edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top