MSK-nın növbəti iclası keçirildi — FOTO

DAXİLİ SİYASƏT 05 fev 2024, 17:36
Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Demokrat.az  xəbər verir ki, əvvəlcə iclasda 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində dəyişikliklər edilib, həmçinin cari məsələlərə baxılıb.

Sonra çıxış edən MSK sədri Məzahir Pənahov seçki ilə bağlı bütün məsələlərin yekunlaşdığını diqqətə çatdırıb.

O, işğaldan azad edilmiş ərazilərdə səsvermə ilə bağlı məsələlərin yüksək səviyyədə təşkil edildiyini deyib.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirib.

Bildirib ki, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, o, fevralın 7-də keçiriləcək prezident seçkisində öz səsvermə hüququndan istifadə edə bilər. (Azərtac)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top