Türkiyə hava yolu ilə sərnişin daşıma hesabatını açıqladı

REGİON 02 fev 2024, 21:00
Türkiyədə hava yollarından istifadə edən sərnişin sayının bu il 230 milyon 822 min 123-ə çatacağı gözlənilir.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Təyyarə, Sərnişin, Yük Daşıma Seriyası və Proqnozlar Hesabatına yenidən baxılıb. 

Bu çərçivədə keçən il birbaşa tranzit sərnişinlər də daxil olmaqla 214 milyon 232 min 985 olan hava sərnişinlərinin sayının bu il təxminən yüzdə 7,7 artaraq 230 milyon 822 min 123-ə çatacağı proqnozlaşdırılıb. 

Dəyişiklikdən əvvəlki hesablamalarda sərnişinlərin sayı 222,2 milyon nəfər olaraq təxmin edilirdi. 

Qeyd edək ki, gələn il sərnişin sayının 239 milyon 513 min 215 nəfərə çatacağı gözlənilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top