Aİ liderləri Ukraynaya bu qədər vəsait ayıracaq

DÜNYA 01 fev 2024, 21:40
Avropa İttifaqı liderləri Ukraynaya maliyyə dəstəyi ayırmaq barədə razılığa gəliblər.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı ölkələrinin liderləri görüşüb.

Ukraynaya 50 milyard avroluq fondun əlavə olunmasını istəyən Avropa Birliyi liderləri Macarıstanın baş naziri Viktor Orbanı Ukraynaya maliyyə təmin etmək planı ilə bağlı razı salmağa çalışıblar. 

Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel sammit başlayarkən sosial media hesabından məsələ ilə bağlı açıqlama verib. 

Mişel Ukraynaya 50 milyard avro maliyyə yardımı göstərməyə razılaşdıqlarını açıqlayıb. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top