16 yaşlı qızın 32 yaşlı şəxslə ailə quraraq birlikdə yaşaması sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Yayılan görüntülərə baxanda bu qənaətə gəlmək olar ki, cütlük halından heç də narazı deyil. 32 yaşlı kişinin hərəkəti birmənalı olaraq qanun pozuntusudur, ölkədə qanuni nikah yaşı 18-dir. 16 yaşlı qız isə etdiyinin fərqində deyil çox güman, xoşbəxt ailə tablosu yaratmaq istəyir. Azyaşlının valideynlərinə isə deyiləcək söz qalmır.
Məsələyə münasibət bildirən psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında erkən nikah probleminin kökünü sevgisiz ailələrdə görür:
“Erkən nikaha daxil olanların sayı artır, çünki ortada valideyn diqqətsizliyi və sevgisizliyi var. Vaxtında ailəsindən sevgi görməyən qızlar başlayırlar sosial şəbəkələrdə sevgi arxasıyca qaçmağa. Bəzən azyaşlı pasientlərim olur, deyirəm böyüyəndə nə olacaqsan, deyir gəlin olacağam. Şoka düşürəm. Həkim, müəllim, vəkil, mühəndis əvəzinə deyir ana olacağam”.
Psixoloq deyib ki, qızlar valideynlərindən görmədiyi sevgini, qayğını başqasında axtarmağa başlayırlar:
“Bəzi bölgələrimizdə qızlar nə qədər tez ailə qurursa, bir o qədər “yaxşı qız” olur. “Filankəsin qızını aldılar” – heç qəbul etmədiyim bir ifadədir. İnsan əşya deyil ki, onu alasınız, onunla evlənə bilərsiniz. Bununçün də qanunda yaş həddi 18 müəyyən edilib. Amma 18 yaşlı qız hələ də evliliyə tam hazır olmaya bilər. Qadın anatomiyası 22-23 yaşlarda ana olmağa hazır olur, həkimlər bunu daha yaxşı izah edər”.
Psixoloq 16 yaşlı qızın 32 yaşında kişi ilə ailə qurmasına da münasibət bildirib:
“Rayon yerlərində qızlar təhsildən yayınır, heç kim maraqlanmır ki, bu qız nə işlə məşğuldur, niyə məktəbə gəlmir. Fiziki məhdudiyyətli şəxslə əlbəttə ki, ailə qurmaq olar, amma əgər qız özünü, etdiyi hərəkəti dərk edəcək yaşdadırsa. Artıq bu onun şəxsi həyatıdır, müdaxilə edə bilmərik. Amma 16 yaşında biri həyatı tam dərk etmir. Bəzən qızlar bu yaşda ailə qurmaqla evdən, ana-atadan qaçmaq istəyirlər, bunu azadlıq kimi başa düşürlər. Belə bir düşüncə formalaşıb ki, kimlə gəldi ailə qurum, ancaq azad olum, sonra boşanaram. Görün boşanmaq nə qədər adiləşib. Boşanmaların sayının artması da erkən nikahla bağlıdır. Həmin valideynləri də məsuliyyətə cəlb etmək lazımdır. Anlamalıdırlar ki, erkən nikah yolverilməzdir, digərləri də bundan dərs alsın”.
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər:
"Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq".
Törə Zeynallı
Demokrat.az