Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artır. Türkiyənin təhsil naziri professor Yusuf Tekin “Report”a müsahibəsində deyib ki, Türkiyənin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbərin sayı 35 minə yaxındır. Onlardan 604-ü dövlət təqaüdündən (burs) yararlanır.
Maraqlıdır, xaricdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərin əksəriyyəti niyə məhz qardaş ölkəni seçir?
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyədə təhsil alan tələbələrin çoxluq təşkil etməsinin səbəbi yerli ali məktəblərə qəbul ola bilməyən abituriyentlərlə bağlıdır:

“Azərbaycanda dövlət və özəl olmaqla ümumilikdə 55 universitet var. Onlara qəbul aparılan zaman 85-86 min nəfər sənəd verirsə, onlardan 55-60 minə yaxını uğur qazan bilir. Hər il 20-25 minə yaxın gənc universitetə qəbul ola bilmədiyi üçün attestatla xaricdə təhsil almağa üz tutur. Yalnız müəyyən qisim şəxs qanuni yolla daha çox Türkiyə universitetlərinə, eləcə də digər ölkələrdə universitetlərə qəbul olur. Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilməyən tələbələrin böyük əksəriyyəti aşağı bal toplayanlardır. Onlar yalnız attestat əsasında xarici universitetlərə qəbul ola bilirlər.
Türkiyə qonşu ölkə olmaqla yanaşı, həm də qardaş ölkədir. Tələbələr ünsiyyət problemi yaşamırlar, yaşayış tərzi bizə daha çox uyğundur, ona görə də valideynlər və məzunlar bu amillləri nəzərə alırlar. Universitetlərdə təhsil haqqı da elə də yüksək olmadığı, təqribən Azərbaycandakı kimi olduğu üçün Türkiyə çoxlarını cəlb edir”.
Törə Zeynallı
Demokrat.az