Zelenskinin adından külli miqdarda rüşvət alanlar tutuldu

DÜNYA 31 avq 2019, 19:56

Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Boqdan məlumat verib.

 

Onun sözlərinə görə, Hərbi Prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları kimisə vəzifəyə təyin etmək adı ilə 570 min dollar tələb edən iki nəfəri həbs edib.

 

Onlar guya bu məbləğ müqabilində aldadılan şəxsi “Ukroboronprome”nin rəhbəri təyin edəcəkdilər.

 

A.Boqdan bildirib ki, dələduzluqla məşğul olanların sayı dörd nəfər ola bilər.

 

Hazırda araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top