Sahibkar qəzada öldü

HADİSƏ 29 yan 2024, 18:04

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Qara Qarayev küçəsində qeydə alınıb.

Hərəkətdə olan “LEXUS “markalı minik avtomobili ilə “Ford tranzit” markalı yük maşını toqquşub.

Qəza zamanı avtomobillərdən biri yoldan keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Ölən şəxsin 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərov olduğu bildirilir. Məlumata görə, S. Xeyirxəbərov Gəncədə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top