Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlir

XARİCİ SİYASƏT 29 yan 2024, 12:05
Türkiyənin təhsil naziri, professor Yusuf Tekin yanvarın 30-31-də Azərbaycanda səfərdə olacaq.

Bunu nazir “Report”un Ankara bürosuna müsahibəsində deyib.

O bildirib ki, səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək.

“Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını müzakirə edəcəm, məktəblərə baş çəkəcəm və müəllimlərlə görüşəcəm”, - nazir söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top