Nigar Şabanova: "Qızıma o travmanı yaşada bilməzdim" — VİDEO

ŞOU-BİZNES 21 yan 2024, 20:59

"Qızım Nəfsəni gerçəkləri bilə-bilə böyüdürəm. Ona gələcəkdə travma yaşatmaq istəmirəm. O gerçək valideynlərinə, atasına ata, anasına ana deyir. Mənə də ana deyir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.

Qardaşının qızını körpə yaşlarından övladlığa götürən Nigar bildirib ki, bacısı oğlunu 14 yaşına kimi öz evində böyüdüb:

"Mən övladlığa götürdüyüm qızımın gerçək valideynlərinin kimliyini gizlədərək travma yaşatmaq istəmirəm. Birinci onu, sonra da özümü fikirləşmişəm. Mən bu yükün altından qalxa bilməzdim. Mən onsuz da onlar üçün yaşayıram. İstəyirəm ki, elədiklərim onların halal xoşları olsun. Bacımın oğlunu 14 yaşına kimi mən böyütmüşəm. Min dəfə halal xoşu olsun. O, bir həftə əvvəl əşyalarını toplayıb yanımdan getdi valideynlərinin evinə yaşamağa. Böyütdüm onu sağ-salamat. Darıxıram... Artıq ona çox öyrəşmişəm. Evin içində olurdu. Biz çox mehriban ailəyik".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top