"Paşinyan bir daha özünün savadsız olduğunu nümayiş etdirdi" — Politoloq

GÜNDƏM 29 avq 2019, 12:41

"Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan səfirlərinin toplantısında bir daha özünün savadsız olduğunu nümayiş etdirdi. Dağlıq Qarabağ münaqişəsinin mənşəyi barədə indi çox az adamın bilməsi N.Paşinyana qəribə gəlir və diplomatlarını Dağlıq Qarabağ münaqişəsinin ilkin mənşəyinin izahını verməyə təhrik edir". 


Demokrat.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.


Politoloq əlavə edib ki, Paşinyan düz deyir: 


"Doğrudan da Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq aləmin, o cümlədən savadlı Ermənistan diplomatlarının və ekspertlərinin mövqeyində dəyişiklik var. Bunun iki səbəbi var:


I. Azərbaycanın gördüyü işlər nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlandırma işləri öz nəticəsini göstərir.


II. Ermənistan diplomatları artıq beynəlxalq ictimaiyyəti aldatmaqdan usanıblar və təxminən 5-6 ildir ki aktiv mübarizədən çəkiniblər.


“Azərbaycan SSR SSRİ -nin tərkibindən çıxdığı kimi Dağlıq Qarabağ da Azərbaycan SSR-nin tərkibindən çıxıb” tezisi çox savadsız, heç bir hüquqi, politoloji əsası olmayan tezisdir.Paşinyan ümumi savad səviyyəsi aşağı olan şəxsdir, əgər beyin qırışlarının sayını artıra bilsə, indi bizim dediklərimizi başa düşəcək və ehtiyac olsa universal ensiklopediyalardan bu barədə məlumat toplaya bilər".


M.Əhmədoğlu qeyd edib ki, SSRİ dağılarkən qərar qəbul edildi: 


"SSRİ-nin tərkibində olan respublikalar üçün beynəlxalq praktikada bu vaxta qədər özünü göstərmiş “uti-posidites” prinsipindən istifadə olunsun. Yəni nəyin varsa, elə o da varındır. Başqa sözlə, SSRİ respublikaları hansı ərazi ilə SSRİ-nin tərkibindən çıxıblarsa, eynilə o ərazi ilə də BMT-nin üzvü oldular. SSRİ-nin dağılmasına hökm verən Belovej meşəsində sonuncu qəbul edilən qərarda da göstərilirdi ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Yəni SSRİ dağılanda tərkibində olan müttəfiq respublikalar ərazi bütövlüyünü bir daha tanıdılar. Paşinyan savadsızdır, amma düşünməsin ki, bütün beynəlxalq aləmdəkilər də savadsızdır.


Hələ Paşinyanın yadına onu da salaq ki, SSRİ mövcud olduğu dövrdə - 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərar qəbul etmişdi. 6 ay sonra Ermənistan SSR Ali soveti bu qərara müsbət münasibət bildirmişdi. SSRİ Ali Soveti isə bu qərarı ləğv etdi. Paşinyan məlumatlansın ki, SSRİ dövründə Dağlıq Qarabağın ayrılmaqla bağlı cəhdləri nəticə verməmişdi.


Paşinyan və onun ətrafındakılar da gec-tez yorulacaqlar. Bu zaman artıq erməni xalqı onlardan da çox yorulacaqdır".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top