MSK sədri Müstəqil Mətbuat Mərkəzinin yaradılma məqsədindən danışdı

DAXİLİ SİYASƏT 17 yan 2024, 11:28
Bütün seçkilərdə Müstəqil Mətbuat Mərkəzi yaradırıq. Məqsədimiz odur ki, seçkilərə hazırlıq, səsvermənin keçirilməsi və bundan sonrakı proseslərdə şəffaflıq təmin edilsin, bu haqda informasiyalar düzgün çatdırılsın.

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri jurnalistləri mərkəzin imkanlarından istifadə etməyə çağırıb: "MSK bu Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətinə xüsusi önəm verir. Çünki media olmasa, prosesləri nəinki beynəlxalq ictimaiyyətə, heç öz cəmiyyətimizə də çatdırmaq mümkün deyil". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top