Azərbaycan Rusiyaya yüzminlərlə yumurta göndərdi

GÜNDƏM 13 yan 2024, 21:15

Azərbaycan Rusiyaya yumurtanın növbəti partiyasını tədarük edib.

Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) saytında məlumat verilib.

Yük daxil olduqdan sonra ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvəqqəti saxlama anbarında nümunə götürülüb.

Bu dəfə Rusiyaya həcmi 18,63 ton olmaqla 306 min ədəd yumurta göndərilib.

Ümumilikdə Azərbaycandan Rusiyaya 1,8 milyon ədəd yumurta idxal edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top