Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər

DAXİLİ SİYASƏT 13 yan 2024, 17:15
Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər.

Məlumata görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, qanunvericiliyə əsasən prezidentliyə namizədlərə həftəlik 3 saat efir vaxtı verilməsi nəzərdə tutulur:

“Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”.

Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top