Şamaxıda ər və arvad dəm qazından zəhərləniblər, biri ölüb

HADİSƏ 13 yan 2024, 13:45
Şamaxıda ər və arvad dəm qazından zəhərləniblər, biri ölüb.

“Report” xəbər verir ki, hadisə rayonun Mərzəndiyə kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1956-cı il təvəllüdlü Elxan Əhmədov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Zemfira Əhmədova yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərləniblər.

Nəticədə Elxan Əhmədov ölüb, Z.Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top