Samuxda yanacaq daşıyan maşın aşdı: 40 ton benzin yola dağıldı — VİDEO (YENİLƏNİB)

HADİSƏ 12 yan 2024, 15:14
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux-Gəncə avtomobil yolunun 2-ci km-liyində - Samux rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Demokrat.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Baş vermiş yol-nəqliyyat qəzası zamanı yanacaqdaşıyan avtomobilin aşması nəticəsində ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

***
12.03


Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci km-də qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı ağır tonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaq daşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib. Yük maşınının yolun hərəkət hissəsinə aşması nəticəsində Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunub, sürücülər alternativ yollara yönləndirilib.

DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top