Qışda maye qəbulunu artırmaq məsləhət görülür

SOSİAL 11 yan 2024, 10:41
Paytaxta qışın ilk qarı yağdı, havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə aşağı düşüb. Qış fəslində bəzi xroniki xəstəliklərin gedişatında ağırlaşmalar müşahidə olunur. Həkim Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında soyuqlarda xəstəliklərdən və onların ağırlaşmalarından qorunma üsullarından danışıb:



"Qar torpaqdakı mikrobları öldürür, havanı təmizləyir. Amma soyuq, şaxtalı havalarda insanlar sağlamlıqlarının qeydinə qalmalıdırlar. Geyim tərzinə və qidalanmaya diqqət edilməlidir. Gündəlik rasionda immuniteti möhkəmləndirən vitaminli qidaların qəbuluna üstünlük vermək lazımdır. Mövsümə uyğun meyvə və tərəvəzlər yeyilməlidir. Maye qəbulunu artırmaq məsləhət görülür. Xroniki xəstəliyi olan şəxslərə gəlincə bronxlarında problem olanlar ağırlaşmalardan qorunmaq üçün qida və mayeni isti şəkildə qəbul etməlidirlər".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top