Röyanın keçmiş əri görün indi nə vəziyyətdədir —VİDEO

ŞOU-BİZNES 09 yanvar 2024, 13:10

Xalq artisti Röya Ayxanın keçmiş həyatı yoldaşı Anar Cəlilov uzun zamandan sonra ortaya çıxıb.
 

Demokrat.az titul.az-a istinadən xəbər verir ki, Anar xeyli çəki alması və düm ağaran saçları ilə diqqət mərkəzinə düşüb.
 

Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib.
 

2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.


Bu da Röya Ayxanın keçmiş həyat yoldaşının sözügedən kadrları:
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top