Naxçıvanda regional forum keçirilib — FOTOLAR

GÜNDƏM 08 yan 2024, 20:10
Bu gün Milli Qeyri-Hökumət Təşkilatları Forumu Naxçıvan şəhərində regional forum keçirib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, regional forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə baş verən mühüm dəyişikliklər, inkişaf prosesi əsas müzakirə mövzusu olub. Milli QHT Forumunun prezidenti Rauf Zeyni forumda çıxış edərək bildirib ki, Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Ötən dövrdə vətəndaş cəmiyyəti də möhkəmlənib, prosesə töhfə verib.

"QHT sektorunun daha da səmərəli fəaliyyəti üçün aparılan köklü islahatlar əhəmiyyətli, pozitiv dəyişikliklər yaradır" - deyən "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, son 20 ildə QHT-lərin inkişafında böyük uğurlar əldə edilib.

"Estafet" Gənclərin İctimai Birliyinin sədri Arzu Qasımov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan tarixində qızıl dövr açıb. Vətəndaş cəmiyyəti də ölkədə gedən proseslərdə fəal iştirak etməyə çalışır.

Daha sonra forumda mövzu ətrafında müzakirələr olub, QHT sədrləri forumun əhəmiyyəti, həmçinin son 20 ildə görülən işlər barədə danışıblar.

Sonda qeyri-hökümət təşkilatları rəhbərlərinin, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edilib ki, AMQF-nin regional forumları bu gün başa çatıb. Yanvarın 10-da Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top