Türkiyədə yeni partiyanın əsası qoyulur.
Demokrat.az qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, artıq Yaşam ve Ədalət Partiyası (YAP) üçün Türkiyə Patent Təşkilatına müraciət edilib. Partiyanın nə zaman fəaliyyətə başlayacağı məlum deyil.
Patent Təşkilatına müraciətin müəllifi bilinməsə də, "Davudoğlu-Babacan" cütlüyü əsas şəxslər siyahısındadır. Partiyanın emblemi isə Günəş, sünbül və ədalət tərəzisindən ibarətdir.