Beyləqanda ağır qəza olub, ölən var

HADİSƏ 13 dekabr 2023, 23:19
Beyləqanda sürücünün ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı idarəetməni itirərək divara çırpılıb.

Müxtəlif dərəcəli xəsarət alan 29 yaşlı sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 22:05
Top