Bakıda 33 yaşlı kişi arvadını döydü —TƏFƏRRÜAT

KRİMİNAL 08 dek 2023, 11:47
Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Orxan ailə münaqişəsi zəminində həyat yoldaşı Nahidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 22-də baş verib. Orxan həmin gün, saat 23.00-da yaşadıqları evin qonaq otağında nikahdan kənar həyat yoldaşı Nahidənin onu təhqir etməsi səbəbindən ailə-məişət zəminində aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı Orxan qəsdən şillə ilə Nahidənin üz nahiyəsindən bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 22-də, təxminən saat 23.00-da yaşadıqları evdə olarkən övladlarına məktəb ləvazimatlarının hamısını almadığı üçün Nahidə onu nalayiq ifadələrlə təhqir etməyə başlayıb: “Ona sabahısı gün qalan ləvazimatları da alacağımı desəm də, onun dayanmadan nalayiq ifadələr işlətdiyi üçün qəzəbləndim. Evin qonaq otağında qəsdən şillə ilə Nahidənin üz nahiyəsindən bir neçə dəfə zərbə vurdum. Sonra evdən çıxıb getdim”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Orxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top