Deputat: "Fransa yeni imperiya qurmaq xülyası ilə yaşayır"

GÜNDƏM 06 dek 2023, 12:27
"Fransa neokolonializm siyasətini bu gün də davam etdirir. Buna qarşı beynəlxalq ictimai rəydə etirazlar Fransa tərəfindən qəddarcasına susdurulur".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. 

O bildirib ki, Fransanın bəyanatları ilə real hərəkətləri arasında böyük uçurum var:

"Fransa dövləti bu gün yeni imperiya qurmaq xülyası ilə yaşayır. Baxmayaraq ki, Afrikada, Karib və Sakit okean hövzəsində hər gün məğlubiyyətə uğrayır. İndi Orta Şərqə, Cənubi Qafqaza da yeni məğlubiyyətlər ardıyca qaçırlar. Bu, utancverici siyasətdir. Bu siyasəti də bilavasitə Fransanın rəhbərliyi həyata keçirir".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top