Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüşündə deyib ki, Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlıq Avrasiyada təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə töhfə verir. O, Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşməsi məqsədilə Xəzər Şurasının yaradılmasını təklif edib. Lavrovun sözlərinə görə, Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması bunu daha da inkişaf etdirə bilər.
Rusiya xarici işlər nazirinin təklifini şərh edən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın Xəzər strategiyasını diqqətlə nəzərdən keçirdikdə risk faktorları daşıdığını görmək olar:
“Uzun illər idi ki, Xəzərin hüquqi statusu haqqında müzakirələr gedirdi. Yekun nəticə əldə edilməsi ilə ilkin sənəd üzə çıxdı və Xəzərin ilkin statusu müəyyənləşdi. Lakin İran bu məsələdə hələ də tam razılığa gəlməyib. Rusiya yaxşı bilir ki, Xəzər dənizinə nəzarətin itirilməsi gələcəkdə Mərkəzi Asiya ölkələri və Cənubi Qafqaz regionunun onun təsirindən çıxması ilə nəticələnə bilər. Xəzərə nəzarət edilməsi həm də “Bir kəmər, bir yol” layihəsi istiqamətində mühüm strateji addım olacaq. Xəzər Şurasının yaradılması təklifinin arxasında yatan ən önəmli məqam vahid sənədin qəbul edilməsidir. Bunun əsasında da Xəzərdən istifadə qaydaları müəyyənləşdiriləcək. Xəzər Şurasının nizamnamə və sənədlərində də bu məsələlər əksini tapacaq. Rusiya bununla İranla birlikdə Xəzər dənizinə nəzarəti ələ keçirmək istəyir”.
Törə Zeynallı
Demokrat.az