Bakı Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə davamlı və dayanıqlı inkişafın təmin olunduğunu bildirib. O da qeyd olunub ki, məhz Ümummilli Liderin hərtərəfli diqqət və qayğısı nəticəsində ölkəmizin gömrük orqanları mühüm dövlət təsisatlarından biri kimi formalaşıb.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionun lider dövlətinə, beynəlxalq aləmin önəmli aktorlarından birinə çevrilib.
Tədbirin sonunda Ulu Öndərin gömrük orqanlarının yaradılmasının 5-ci ildönümündəki çıxış əsasında hazırlanan videoçarx nümayiş etdirilib.