Deputat: “Ölkədə siyasi ab-hava yüksək səviyyədə təmin olunub”

GÜNDƏM 05 dek 2023, 17:20
Milli Məclisin bugünkü iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev dövlət idarəetməsində islahatların aparılmasının zəruriliyini qeyd edib.

Deputat  bəzi təkliflərlə də çıxış edib:

"Prezident də vaxtilə özünün səlahiyyətli nümayəndələrini təyin edərkən bildirmişdi ki, bu, özünü doğrultsa, islahatlara gediləcək. 15 iqtisadi rayon yaradılsın, Naxçıvan Ali Məclisi Məclis adlandırılsın. Regionların da hər birinin Məclisi olmalıdır. Bu regionlara rəhbərlər də Məclisdə seçilsin. Azərbaycanda bürokratik aparat siyasi qüvvəyə çevrilib. Bunun gec olmadan qarşısı alınmalıdır. Bunun tək yolu yerlərdə rəhbərlərin seçkili olaraq seçilməsidir. Milli Məclisin adının dəyişdirilməsini təklif edirəm, Milli Məclis Ali Məclis adlandırılmalıdır”.

Deputat Vüqar İskəndərovun sözlərinə görə, bu məsələlərin əksəriyyəti refenrendumda xalqın rəyi ilə həllini tapır.

O, Demokrat.az-a açıqlamasıdna bildirib ki, 2019-cu ildə cənab Prezident tərəfindən ölkədə yeni geniş islahatlar paketi təqdim olunub:

“Bu islahatlar mərhələli şəkildə həyata keçirilir. Bir çox partiyalar özünü buraxır, bəziləri birləşir. Ölkədə siyasi ab-hava yüksək səviyyədə təmin olunub. Bununla bağlı Prezident Administrasiyasında yaradılan şöbə uğurla fəaliyyət göstərir. Artıq Qarabağda və Şərqi Zəngəzurda yeni institut olan prezidentin səlahiyyətli nümayəndəliyi də yaradılıb. Bu da öz effektini verməkdədir. İdarəetmə sistemində və digər sahələrdəki islahatlarla bağlı cənab Prezidentin səlahiyyətində olan məsələlər var, bəzi məsələlərsə referendumla həllini tapmalıdır. Referendumun keçirilməsi, vaxtı, orada əksini tapacaq məsələlər və təkliflərlə bağlı indiki halda fikir söyləmək düzgün olmazdı. Bu haqda hələ ki dəqiq məlumatımız yoxdur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top