“Qərbin özündə də Ukrayna müharibəsi ilə bağlı yekun qərar yoxdur. Bir tərəfdən Rusiyanın qarşısını almağın vacib olduğunu düşünürlər, Almaniya və Fransanın bu məsələdə aktivliyini görürük. Ancaq Qərbin bir çox cəbhəsində, xüsusilə Avropa İttifaqında müharibənin mənasız olduğu, Rusiya ilə ortaq yol tapmağın vacibliyini deyənlərin sayı artır. ABŞ-də də artıq neçənci dəfədir ki, yardımlar Konqresdə müzakirələrə səbəb olur. Ukraynanın Avropada ən böyük dəstəkçiləri olan Polşa və Böyük Britaniyadan da fərqli açıqlamalar eşidirik, onlar Ukraynanı daha çox minnətdar olmağa çağırırlar”.
Bunu Demokrat.az-a şərhində politoloq Turab Rzayev deyib.
O bildirib ki, yardımların arası kəsilir, silah-sursatın sayı azalır:
`“Məsələn, İsrailə ehtiyac olmadığı halda göndərilən 155 mm-lik mərmilərin Ukraynaya dünyanın ən böyük artilleriya dövlətinə qarşı müharibədə göndərilmədiyini gördük. Sanki artıq Qərb Ukraynanın hansısa şərtlər daxilində Rusiya ilə razılaşmasına ümid edir. Ukrayna ordusunun komandanlığı da açıq şəkildə bundan sonra əllərindən gələn bir şey olmadığını, siyasi olaraq güclərinin zəif olduğunu, hərbi bacarıqlarının artıq rus ordusunun qarşısında kifayət etmədiyini etiraf edir. Buna baxmayaraq, Zelenski hökuməti mübarizəni davam etdirəcəyini, torpaqların ruslardan tamamilə azad ediləcəyini bildirir. Maraqlıdır ki, ABŞ yardımı dayandırsa, Ukrayna bunları nə ilə edəcək? Düşünürəm ki, burada fərqli nüanslar ola bilər. Ola bilər ki, ABŞ bir müddət gözləmə mövqeyi alıb sonra daha böyük köməklə qayıdacaq, ya da yardımlar kəsildikcə konflikt dondurulacaq və atəşkəs rejimi hökm sürəcək”.
Qeyd edək ki, ABŞ ilin sonuna qədər Ukraynaya maddi yardım göstərməyəcək. Ağ Evin Konqresə göndərdiyi məktubda bildirib ki, təqvim ilinin sonuna qədər ABŞ-nin Ukraynaya yardım üçün resursları tamamilə tükənəcək.
Törə Zeynallı
Demokrat.az