"Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək

İDMAN 04 dek 2023, 09:08
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Görüşü Tural Qurbanov idarə edəcək. "Köhlən atlar" 29 xalla liderdir. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XV tur

19:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top