Özünü media qurumu elan etmiş “Abzas.net” xəbər portalı ətrafında yaranmış durum müxtəlif səpkili müzakirələrə səbəb olub. Bir neçə beynəlxalq jurnalist təşkilatı bəyanat yayaraq, portalın direktoru Ülvi Həsənlinin və redaktor Sevinc Vaqifqızının həbsinə etiraz ediblər.
Fransada yerləşən “Sərhədsiz reportyorlar” Təşkilatı (SRT) bunu “müstəqil mediaya qarşı təzyiq” kimi qiymətləndirib. Müdafiə bəyanatında iddia olunur ki, guya, “Abzas Media müstəqil və peşəkar olduğu, ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub”.
Mənzil-qərargahı Nyu-Yorkda olan Jurnalistlərin Müdafiəsi Komitəsi də “Sərhədsiz reportyorlar”a bənzər mövqe sərgiləyib.
Təbii ki, onları belə mövqe sərgiləməyə xüsusi mərkəzlər istiqamətləndirir. Hər iki beynəlxalq təşkilatın Azərbaycanda təmsilçiləri də var. Mərkəzi ofislər yerli təmsilçilərə güvənərək, əlavə araşdırma aparmadan, Ülvi Həsənlinin saxlanılmasını “müstəqil mediaya qarşı təzyiq” kimi dəyərləndirib. Bu başqa bir mövzudur ki, “Abzas Media” olayını kontekstdən çıxardılmış, yanlış formada təqdim etmək həm “Sərhədsiz reportyorlar”ın, həm də Jurnalistlərin Müdafiəsi Komitəsinin işinə yarayır. “Beynəlxalq təşkilat” adlandırılan bu qurumların özlərinin “müstəqillikləri” mübahisəlidir. Onlar müstəqil beynəlxalq təşkilat olmaqdan daha çox, ərazisində yerləşdikləri ölkələrin – Fransa və ABŞ-nin “demokratiya dəyənəyi” rolunu ifa edirlər. Bu təşkilatların Ermənistandakı media insidentlərinə yanaşması ilə Azərbaycana münasibətindəki fərqləri müqayisə etsək, görərik ki, onların hər ikisi siyasi konyukturaya uyğun davranırlar. “Jurnalist hüquqlarını müdafiə etməkdən” daha çox, Fransa və ABŞ-ın maraqlarına boyun əyməyən dövlətləri şərləməklə məşğuldurlar. Amma indiki mövzumuz fərqli olduğundan bu məqamın üzərindən keçirik.
Məsələ ondadır ki, SRT və JMK “Abzas Media”nı Azərbaycandakı “az sayda müstəqil və peşəkar KİV qurumlarından biri” adlandırmaqla ölkənin gerçəkdən peşəkar olan KİV subyektlərinin fəaliyyətini şübhəyə alır. Bununla kifayətlənməyərək, onlar həm də Azərbaycanın milli jurnalist təşkilatlarının fəaliyyətinə kölgə salırlar. Milli jurnalist təşkilatlarını Ülvi Həsənlinin hüquqlarını müdafiə etmədiyi üçün qınayırlar. SRT və JMK -nın yerli təmsilçiləri də fürsəti əldən verməyib tərpənərək belə rəy formalaşdırırlar ki, guya, ölkənin jurnalist təşkilatları da “asılı durumdadır”. “Abzas Media”nı müdafiə etmək üçün “cəsarət etmir”. Hansı ki, qeyd edilənlərin reallıqla heç bir əlaqəsi yoxdur.
Milli jurnalist təşkilatlarının indiki halda soyuqqanlı davranmasının səbəbləri fərqlidir. Gerçək olan budur ki, Azərbaycan hüquq-mühafizə orqanlarının “Abzas Media” rəhbərləri ətrafında başlatdığı istintaq prosesi qətiyyən media hadisəsi deyil. Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqovanın açıqlamalarından da belə görünür ki, o, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi, yəni qaçaqmalçılıq işində şübhəli bilinir. Qaçaqmalçılıq da heç bir halda media hadisəsi sayıla bilməz.Bu elə bir mövzudur ki, hansısa jurnalist təşkilatının müdaxilə etməsi, öncədən fikir söyləməsi çətindir. Şüb-həli faktın təsdiqini tapıb-tapmayacağı barədə qəti rəy bildirmək mümkün deyil. Ən optimal variant istintaqın son rəyini gözləməkdir. “Sərhədsiz reportyorlar” və Jurnalistlərin Müdafiə Komitəsi istintaq prosesinin nəticələrini gözləmədən tələsik rəy verib. Əgər sabah istintaq orqanları sübut edilmiş bir faktı açıqlayacaqsa, ortaya sənəd-sübut qoyacaqsa, onda bu təşkilatlar nə deyəcək? Yaxud, irəli sürülən faktlar öz təsdiqini tapmayacaq, Ülvi Həsənli də, Sevinc Vaqifqızı da sərbəst buraxılacaqlar. SRT və JMK onda nə deyəcək?
İstintaq qurumları əldə etdikləri faktları artıq ictimailəşdirməyə başlayıb. İlkin məlumat budur ki, “Abzas Media”nınrəhbərləri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Milli Demokratiya Fondu (NED), “Avropa Demokratiyaya Yardım Fondu (EED), “FreedomNow”, Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi, Amerika Beynəlxalq Təhsil Şurası, “People in Need” (PİN), NorveçHelsinki Komitəsi və digər təşkilatlardan qrant alıblar. Bu vəsaitlərin ümumi məbləği 500 min Avroya yaxındır.
Problem ondadır ki, bu vəsaitlərin heç biri qeydiyyatdan keçirilməyib. İstintaq orqanlarının açıqlamalarından belə görünür ki, bütün bu vəsaitlər qeyri-leqal formada realizə olunub. Vəsaitin hara xərcləndiyi də bəlli deyil. “Qrant haqqında qanun”a əsasən, istənilən qurum aldığı qrant layihəsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, onun icrasında şəffaflığı təmin etməlidir. “Abzas Media” adına sadalanan qrant vəsaitlərinin isə qeydiyyatı yoxdur.
Jurnalist təşkilatları istintaq qurumu deyil – açıqlanmış faktları nə təsdiq, nə də inkar edə bilir. Bu baxımdan, hamı istintaqın yekunlaşmasını, Ülvi Həsənlinin ifadə verməsini gözləyir. Fikrimizcə, jurnalist təşkilatının görə biləcəyi ən yaxşı iş məsələni ictimailəşdirmək, istintaq prosesinin ədalətli keçirilməsini tələb etməkdir. Əgər istintaq prosesində şəxsə təzyiq olarsa, ittiham zorla boynuna qoyularsa, təbii ki, etiraz da olacaq. İndiki halda bunun əlamətləri görünmür.
Amma problem bununla da yekunlaşmır. “Abzas Media” təkcə “Qrant haqqında qanunu” pozmuş kimi görünmür. O, hətta KİV subyekti qismində də fəaliyyətini qanundan kənar qurub, “Media haqqında qanun”u pozaraq, Media Reyestrindən keçməyib. İndiki qanunlara istinadən şərh etsək, “Abzas Median”ın KİV subyekti kimi fəaliyyəti mübahisəlidir.
“Abzas Media” qanunvericiliyi nə üçün pozub? Nə üçün Reyestrdə qeydiyyata düşməyib? Bu sualların cavabları mühümdür. “Abzas Media”nı “peşəkar KİV subyekti” adlandıranlar bu suallara aydınlıq gətirməyə borcludurlar.
Müşfiq ƏLƏSGƏRLİ
XQ-nin media eksperti