Hədə-qorxu ilə 9 min manat pul alan şəxs saxlanıldı

HADİSƏ 01 dek 2023, 10:20
Bakı sakinindən hədə-qorxu ilə 9 000 manat pul alan şəxs saxlanılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9 000 manat pulu alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top