Nigeriyanın Kvara əyalətində bir yanacaq tankeri, sərnişin avtobusu və iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 25 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Jebba-Bode şossesində yanacaqla dolu tankerin hərəkətdə olan sərnişin avtobusu və iki nəqliyyat vasitəsinə çırpılması nəticəsində yanğın baş verib.
İlkin məlumata görə, yanğında 25 nəfər ölüb, 15 nəfər yaralanıb.
Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatlığını ifadə edib.
Eyni zamanda qəza ilə bağlı istintaq başladıldığını bildirib.
Aysu
Demokrat.az