“Qarabağ Universitetinin yaradılması Azərbaycan üçün mühüm hadisədir” — Ramil Əliyev

GÜNDƏM 30 noy 2023, 15:45
“Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.Dövlət başçısı həmişəki kimi çox incə və gələcəyə hesablanan effektiv addım atdı. Ona görə də Xankəndidə Qarabağ Universitetinin yaradılması Azərbaycan üçün mühüm hadisədir”. Bunu “İnkişafa və İslahatlara Dəstək” İctimai Biriyinin sədri Ramil Əliyev deyib. R.Əliyev bildirib ki, tarixən Qarabağ elm, mədəniyyət və təhsil mərkəzi kimi tanınınıb: “Qarabağ Azərbaycan mədəniyyətinə, elminə çoxsaylı şəxsiyyətlər bəxş edib. Ona görə də bu bölgənin yenidən Azərbaycanın elm və təhsil mərkəzi olması zəruridir. Düşünürəm ki, Qarabağ Universiteti bi istiqamətdə çox ciddi addm olacaq və Azərbaycanın təshil sahəsində brendinə çevriləcək”.

Təşkilat rəhbəri onu da əlavə edib ki, bu eyni zamanda siyasi hadisədir: “Bu həm də o deməkdir k, artıq işğaldan azad edilmiş ərazilərə heç bir güc təhdid yarada bilməz. Azərbaycanın istənilən təxribatın qarşısını amaq üçün kifayət qədər gücü və imkanları var. Buna görə də bölgəni sabitlik və rifah gözləyir”.

 
 
 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top