ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü “Kissinger Associates”in yaydığı bəyanatda məlumat verilib.
“Henri Kissincer bu gün Konnektikutdakı evində vəfat etdi. Kissincerin 50 ilə yaxın birlikdə yaşadığı həyat yoldaşı Nensi Mecins Kissincerin isə səhhəti yaxşıdır”, - deyə bəyanatda bildirilib.
Ölümün səbəbləri barədə məlumat verilməyib.
“Amerikanın ən böyük dövlət xadimlərindən biri hesab edilən Kissincer 1977-ci ildə dövlət qulluğundan getdiyi vaxtdan bəri Amerikanın həm siyasi partiyalarının rəhbərləri, həm də çoxsaylı xarici liderlərlə müntəzəm məsləhətləşmələr aparıb”, - deyə bəyanatda qeyd edilib.
Media Kissinceri “diplomatiyanın qrossmeysteri”, “dünya məsləhətçisi” və “xarici siyasət müəllimi” adlandırırdı.
“Foreign Policy” jurnalının 2015-ci ildə keçirdiyi sorğuda o, son 50 ilin ən uğurlu ABŞ dövlət katibi seçilib.
Bununla belə, onun milli təhlükəsizlik müşaviri və dövlət katibi kimi fəaliyyəti həm liberallar və pasifistlər, həm də ABŞ siyasi qüvvələrinin sağ qanadı tərəfindən tənqid edilib. Hüquq müdafiəçiləri Kissinceri 1970-ci illərdə ABŞ kəşfiyyat orqanlarının dəstəyi ilə ordunun hakimiyyətə gəlişindən sonra bəzi Latın Amerikası ölkələrində, o cümlədən Argentina və Çilidə baş verən repressiyalarda əli olmaqda ittiham ediblər.
Onun mükafatları arasında Nobel Sülh Mükafatı ilə yanaşı, Prezident Azadlıq Medalı (1977), Britaniya İmperiyasının ordeni (komandir, 1995) və İsrail Prezidentinin medalı (2012) var. 2009-cu ildə Kissincer Münhen Təhlükəsizlik Konfransının Evald fon Kleyst mükafatına layiq görülən ilk şəxs olub. O, bir sıra universitet və akademiyaların fəxri adlarına layiq görülüb.