Qrenlandiya adasının satış dəyəri açıqlandı

MARAQLI 17 avqust 2019, 17:52

Rusiyalı professor Konstantin Ordov Qrenlandiya adasının satış dəyərini açıqlayıb.
 

Demokrat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ordov ABŞ-ın almaq istədiyi adanın qiymətinin 10 trilyon dollar ola biləcəyini deyib. 


Onun sözlərinə görə, bu qiymət ABŞ-ın ümumdaxili məhsulunun yarısı miqdarındadır.
 

Ordov adanın qiymətini kiçik adaların satış qiymətlərinə uyğun hesablayıb. Professor hazırda kiçik adaların satışı zamanı onların hər kvadrat kilometri üçün 5 milyon dollar istənildiyini bildirib.
 

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Trampın Qrenlandiyanı almaq barədə fikirləşdiyi haqqında məlumat yaymışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 14:23
Top