Bakıda sərxoş kişi arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 29 noyabr 2023, 18:30
Bakının Xəzər rayonunda 1977-ci il təvəllüdlü Nihad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahədə nömrəsiz evdə baş verib. 

Nihad içkili vəziyyətdə ailədaxili münaqişə yaradaraq qəsdən şillə zərbəsi ilə Samirənin onun sol qulaq nahiyəsinə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Samirə ilə 2006-cı ildə ailə həyatı qurub, hazırda iki övladları var: 

“Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar aramızda tez-tez münaqişələr baş verib. Hadisə günü, təxminən saat 21.00-da işdən evə gələrək, yemək yedikdən sonra evin qapısını arxadan bağlayaraq yatdım. Bir neçə saatdan sonra oyandıqda səs-küy eşitdim. Qapının döyülməsini eşitdiyimi bildrdim. Həyat yoldaşım işdən gəldi, evə girdikdən sonra yüksək səs-küylə ünvanıma nalayiq söyüşlər söydü. Məni danlamağa başladı. 

Ona qışqırmamağı tələb etdim, qonşulardan ayıb olduğunu bildirdim. Lakin arvadımı sakitləşdirə bilmədim. Yüksək səslə sözlərinə davam etdi. Ona görə də aramızda münaqişə baş verdi. Münaqişə vaxtı sağ əlim ilə sol qulaq nahiyəsinə zərbə vurdum. Sağ qolunu tutaraq yerə yıxdım. Yerə yıxdıqdan sonra başına yumruq zərbəsi vurmaqla saçlarından tutaraq onu yerdə sürüdüm”. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Nihadın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top