Ərdoğan İspaniyanın baş naziri ilə telefonla danışdı

DÜNYA 27 noy 2023, 21:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyindən açıqlama verilib.

Açıqlamaya görə, danışıq zamanı İsrailin fələstinlilərə hücumları, humanitar yardımların Qəzzaya fasiləsiz çatması üçün atılacaq addımlar, daimi atəşkəs və daimi sülh üçün səylər müzakirə edilib.

İspaniya hökumətinin İsrailin fələstinlilərə qarşı qeyri-qanuni hücumlarına qarşı tutduğu mövqe və Fələstinin tanınması ilə bağlı açıqlamalarının dəyərli olduğunu bildirən Ərdoğan, Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi və bərqərar olması üçün qarant kimi hər cür məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top